Oğurluq etmiş Yevlax rayon sakini Alim Məmmədov tutulmuşdur
09.01.2014Yanvarın 9-na keçən gecə Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində qəsəbə sakinləri Yenibar Murtuzayevə və Zakir Abdullayevə məxsus “KamAZ” markalı avtomobillərdən akkumulyatorları sökülərək oğurlanmışdır.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Yevlax rayon sakini Alim Məmmədov tutulmuşdur.