Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
09.01.2014Yanvarın 9-da saat 09 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Lerik rayon sakini Hikmət Dədəcanov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Elvin Ağayevi və Əliqurban Masiyevi vurmuş, idarəetməni itirdiyindən avtomobilini yolun kənarında dayanmış Bərdə rayon sakini Qədir Məmmədova məxsus “Mercedes” markalı avtomobilə çırpmışdır.
H.Dədəcanov, E.Ağayev və Ə.Masiyev xəstəxanaya yerləşdirilmişlər.