Bərdə rayon sakini Elvin Nəbiyev və sərnişinləri Məhəmməd Məmmədov və onun qardaşı Cabir tutulmuşlar
09.01.2014Yanvarın 9-da saat 05 radələrində Şirvan şəhərindəki “Şirvan” yanacaq doldurma məntəqəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü 10 manatlıq yanacaq götürdükdən sonra, onun sərnişini 100 manat pul göstərərək ödəniş edəcəyini bildirmiş, lakin pulu verməyib operatorun əlindəki 90 manat pulu alaraq oradan getmişlər.
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş əvvəllər məhkum olunmuşlar, avtomobilin sürücüsü, Bərdə rayon sakini Elvin Nəbiyev və sərnişinləri Məhəmməd Məmmədov və onun qardaşı Cabir tutulmuşlar.