Elçin Abdullayev və Ramazan Balacayev tutulmuşlar
08.03.2007Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da Abdulla Həşimova məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Elçin Abdullayev və Ramazan Balacayev tutulmuşlar. Ətraflarında aparılmış tədbirlər nəticəsində onların martın 7-də Hicran Cavadovun evindən oğurluq etmələri müəyyən edilmişdir.