DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
08.03.2007Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Əliyevdən 0,251 qram heroin, Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Səbuhi Məmmədovdan 0,217 qram heroin, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Seyidağa Əkbərovdan 0,268 qram heroin, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Zuvandlı kənd sakini İltifat Bəşirovdan 150 qram heroin götürülmüşdür.