Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Ramil Əliyev tutulmuşdur

26.12.2013

Baş Cinayət-Axtarış İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Abşeron RPŞ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulmuşdur.

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olan Vasif  Qarayev, habelə Murad və Şahmurad adlı şəxslərlə birgə dekabrın 6-da Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girib onu və ailə üzvlərini döyərək bıçaq və tapança ilə hədələyərək oradan 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparmaları da müəyyən edilmişdir.

26.12.2013 tarixinə olan kriminal məlumatlar