Avtomobil qaçırmış Bakı şəhər sakini Cəmil Hacıyev yol-nəqliyyat hadisəsi törətmişdir
26.12.2013Cari il may ayının 13-də paytaxtın Nizami rayonu M.Muxtarov küçəsindən Bakı şəhər sakini Cəmil Hacıyev həmyerlisi Anar Qəhrəmanova məxsus “Mercedes” markalı avtomobili qaçırmış və H.Əliyev prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır. Nizami RPİ tərəfindən araşdırma aparılır.