Avtobus qaçırmış Goranboy rayon sakini Ramin Həsənov tutulmuşdur
26.12.2013Dekabrın 25-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektindən Bakı şəhər sakini Söhbət Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtobus qaçırılmışdır.
24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusu qaçırmış Goranboy rayon sakini Ramin Həsənov tutulmuşdur.
Nizami RPİ tərəfindən araşdırma aparılır.