Quldurluq etmiş Bakı şəhər sakini Qurban Hüseynov və Biləsuvar rayon sakini Məftun Qasımov tutulmuşlar
26.12.2013Dekabrın 26-da Nəsimi rayonu Azadlıq prospektində 2 şəxs Bakı şəhər sakinləri Aydın Əsgərovu və Əli Mahmudovu hədləmiş, A.Əsgərovdan içərisində 10 manat və şəxsi sənədləri olan pul kisəsini almışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Qurban Hüseynov və Biləsuvar rayon sakini Məftun Qasımov tutulmuşlar.