İki nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirmiş Qəbələ rayon sakini Ariz Rəsulzadə tutulmuşdur
13.12.2013Dekabrın 13-də Qəbələ rayonu İ.B.Qutqaşınlı küçəsində yerləşən ticarət mərkəzinə gəlmiş rayon sakini Ariz Rəsulzadə münaqişə zəminində tüfəngdən atəş açaraq oranın müdiri Eldar Kərimovu öldürmüş, orada işləyən Vüsal Dadaşova və Zöhrab Cavadova xəsarət yetirmişdir.
Xəstəxanaya yerləşdirilmiş V.Dadaşov orada ölmüş, Z.Cavadovun vəziyyəti qənaətbəxşdir.
Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəsulov tutulmuş, ondan 1 ədəd 12 kalibrli “Vinçester” markalı ov tüfəngi götürülmüşdür.