Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Aleksey Nikolayev tutulmuşdu
13.12.2013Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Şimali Dres qəsəbəsi ərazisində Bakı şəhər sakini Sevda Abbasovaya məxsus mağazadan pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Aleksey Nikolayev tutulmuşdur.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin sentyabr ayında Sevda Abbasovaya məxsus mağazadan 35 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.