Oğurluq etmiş Gürcüstan vətəndaşı Mamuka Mekvabili, Sumqayıt şəhər sakini Şahin Kərimov və Bakı şəhər sakini Rəşad Allahverdiyev tutulmuşlar
13.12.2013Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Sumqayıt Şəhər Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Vüqar İsayevin mənzilindən 550 manat pul və qızıl əşyalarını oğurlamış Gürcüstan vətəndaşı Mamuka Mekvabili, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Kərimov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Allahverdiyev tutulmuşlar.