Ucar rayon sakini Azər İsmayılova məxsus iki aptekdə psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması müəyyən edilmişdir
10.12.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Azər İsmayılovun rayon ərazisindəki ona məxsus iki aptekdə psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması müəyyən edilmişdir.
Apteklərə baxış zamanı xeyli sayda psixotrop maddələr götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.