Oğurluq etdiyinə görə saxlanılmış Ağsu rayon sakini Əlisahib Bədəlov, Ağdaş rayon sakinləri Qabil Sadıqov və Şahmurad Xudaverdiyevin digər cinayət əməlləri müəyyən edilmişdir
10.12.2013Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Xəyalə Cəfərovaya məxsus aptekdən 1703 manat pul oğurlamış Ağsu rayon sakini Əlisahib Bədəlov, Ağdaş rayon sakinləri Qabil Sadıqov və Şahmurad Xudaverdiyev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların, Bayraməli Rəhimova məxsus “Nissan” markalı avtomobildən bir ədəd mobil telefon və şəxsi sənəd, Rahil Abdullayevə məxsus “Toyota” markalı avtomobildən 2000 manat pul, bir ədəd mobil telefon və iki ədəd monitor, Almaz Bağırovanın çantasından 300 manat və 100 dollar pul, Rauf Zeynalovun velosipedini, Adil Vəlixanovun mağazasından 419 manat pul və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.