Balakən rayon Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov saxlanılmışdır
10.12.2013Dekabrın 10-u saat 23.32-də naməlum şəxs FHN-nin 112 xidmətinə zəng edərək Balakən rayonu ərazisindəki körpünün altına bomba qoymasını bildirmişdir.
Dərhal müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır.
Balakən RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində məlumatın Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov tərəfindən verilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.