Səbail rayonu Neftçilər prospektində yol-nəqliyyat hadisəsi
02.12.2013Dekabrın 2-də saat 20 radələrində Səbail rayonu Neftçilər prospektində Bakı şəhər sakinləri Qələndər Müslümovun idarə etdiyi “SSANG YONG REXTON”, Əlixan Vəlixanovun idarə etdiyi “Lada Priora”, Yusif Hacıyevin idarə etdiyi “Volkswagen Passat”, Rasim Rüstəmovun idarə etdiyi “London Taxi”, Nuşirəvan Hacıyevin idarə etdiyi “Great Wall”, Sabirabad rayon sakini Məhəmməd Nərimanovun idarə etdiyi “Lada Priora” və “Daewoo Nexia” markalı avtomobillər toqquşmuşdur.
Q.Müslümovun sərnişini, Şəki rayon sakini Məhəmməd Qədirov, N.Hacıyev və sərnişini, Gəncə şəhər sakini İlahə Baxşəliyeva, M.Nərimanov və sərnişinləri Rəhim Rəhimov və Elnur Əliyev xəstəxanaya yerləşdirilmişlər.