Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yaşayan Nazilə Həbibovanın evində yanğın baş vermişdir
02.12.2013Dekabrın 2-də saat 14 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Sabir küçəsi ev 30-da yaşayan Nazilə Həbibovanın evində yanğın baş vermişdir. Nəticədə xəsarət alan olmamış, 20 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır.
N.Həbibova Suraxanı RPİ-yə ərizə ilə müraciət edərək yanğından sonra evindəki 4200 manat pulu və qızıl əşyalarını tapa bilmədiyini bildirmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.