Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Samir Əliyev və Nurlan Əsgərov tutulmuşlar
02.12.2013Dekabrın 2-nə keçən gecə Nəsimi rayonu Cavadxan küçəsində Ağcabədi rayon sakini Mehman Əliyevə məxsus “Ford Tranzit” markalı avtomobildən 20 ədəd pakmaya və 6 ədəd akkumulyator oğurlanmışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Samir Əliyev və Nurlan Əsgərov tutulmuşlar.