Binəqədi rayonu Xocahəsən qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
29.11.2013Noyabrın 29-da saat 19 radələrində Binəqədi rayonu Xocahəsən qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini Hətəm Həbibullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Mirmövsümovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.