Oğurluq etmiş Bakı şəhər sakini Bəxtiyar Məhərrəmov tutulmuşdur
29.11.2013Noyabrın 29-na keçən gecə Novxanı bağlar sahəsindəki evlərdən birində yaşayan Rövşən Əliyevə məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 4350 manat, 2800 dollar pul və sənədlər oğurlanmışdır.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məhərrəmov tutulmuşdur.