Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
29.11.2013Noyabrın 29-da saat 22 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Astara rayon sakini Orucəli Fərzəliyevin idarə etdiyi “VAZ-2106” markalı və Bakı şəhər sakini Saday Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. O.Fərzəliyevin sərnişinləri - qardaşı Oqtay, anası Zəkiyyə hadisə yerində ölmüşlər.