Xırdalan şəhərində “on line” kazino-qumarxananın təşkil edilməsi ilə bağlı cinayət işi başlanmışdır
28.11.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Xırdalan şəhərində Bakı şəhər sakini Vüqar Həsənovun və Xocalı şəhər sakini Dadaş Eyvazovun “on line” sistemi ilə kazino-qumarxana təşkil etmələri müəyyən edilmişdir.
Kazino-qumarxanaya baxış zamanı kompyuter dəstləri və uduşa qoyulmuş pul götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.