Noyabrın 27-də A.Zərbəliyevə məxsus avtomaşını qaçıranın şəxsiyyəti müəyyən edilmişdir
28.11.2013Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 27-də Ağarəhim Zərbəliyevə məxsus qaçırılmış “VAZ-2105” markalı avtomobil noyabrın 28-də Maştağa qəsəbəsinin ərazisində əzilmiş vəziyyətdə tapılmışdır.
Avtomobilin Bakı şəhər sakini Məmmədnağı Rəhimov tərəfindən qaçırılması müəyyən edilmişdir.