Sumqayıt şəhər sakini S.Xudiyev və Gədəbəy rayon sakini E.Qarayev narkotik tərkibli “Tropin” mayesini satarkən tutulmuşlar
28.11.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Xudiyev və Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Elman Qarayev İran İslam Respublikasından gizli yolla gətirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən apteklərdə satışı və səhiyyə müəssisələrində istifadəsi qadağan olunmuş, narkotik tərkibli göz damcısı olan “Tropin” mayesini 200 ədəd “Naftizin” dərman preparatının flakonlarına qablaşdıraraq satarkən tutulmuşlar.
E.Qarayevin Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı müxtəlif mayelər və şprits götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.