Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun saxta sənədlər tərtib edərək avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilmişdir

20.11.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəsib Gülməmmədov və Cəbrayıl rayon sakini Mirbaba Səfərovun “Bank of Baku” ASC-nin ipoteka müqaviləsi ilə girov altında olan 3 ədəd “Kia-Optima”, 1 ədəd “Kia-Sorento”, 1 ədəd “Jeep Grand Cherokee” və 1 ədəd “Hyundai” markalı avtomobillərin “Bank of Baku” ASC-nin adından Baş Dövlət Yol Polisinin ünvanına saxta məktublar tərtib etməklə həmin avtomobilləri girovdan çıxarmaları və aldatma yolu ilə digər şəxslərə satmaları müəyyən edilmişdir.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

20.11.2013 tarixinə olan kriminal məlumatlar