Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yol-nəqliyyat hadisəsi
20.11.2013Noyabrın 19-da saat 18.30 radələrində Yasamal rayonu Ə.Haqverdiyev küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Mirelmir Əlizadə vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.