Oğurluq etdiyinə görə tutulmuş Əli Əliyevin digər cinayət əməlləri müəyyən edilmişdir
20.11.2013Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Əli Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 17-dən 19-na qədər olan müddət ərzində Oqtay Məmmədova məxsus mağazdan ərzaq məhsulları, Etibar Nuriyevə, Zamiq Lələyevə məxsus mobil telefonları oğurlaması, Svetlana Qəmbərovaya məxsus aptekdən oğurluğa cəhd göstərməsi, habelə noyabrın 18-də M.Qardaşları küçəsində, Bakı şəhər sakini Garagöz İsgəndərovaya məxsus kafedən qapını sındırmaq yolu ilə 200 manat pul oğurlaması müəyyən edilmişdir.