Quldurluq etmiş Bakı şəhər sakini Rabil Əliyev tutulmuşdur
01.11.2013Noyabrın 1-də Biləcəri qəsəbəsi Binəqədi şosesindəki qutabxanaya gəlmiş naməlum şəxs orada işləyən Quba rayon sakini Əminə Mirzəyevanı bıçaqla hədələyib ondan 300 manat pul almışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rabil Əliyev tutulmuşdur.