Avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Mahmud Məmmədov, Əli Qəhramanov və Elmədddin Zeynalov tutulmuşlar
01.11.2013Cari il oktyabr ayının 27-nə keçən gecə Binəqədi rayon sakini Xəyyam Həsənova məxsus “VAZ-2107” markalı avtomaşından 2 ədəd fləşkart oğurlanmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Mahmud Məmmədov, Əli Qəhramanov və Elmədddin Zeynalov tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabr ayının 27-də Binəqədi rayon sakini İlham Hacıyevin həyətindən 1 ədəd velosiped, habelə Məleykə Məhərrəmovanın, Camal Qəhramanovun, Şahin Qasımovun, İradə Abdullayevanın, Aydın Qarayevin, Xəyalə Quliyevanın, Pərviz Əhmədovun, Səriyyə Məmmədovanın, Aynur Mursaqulovanın, Elmidar Abdullayevin evlərindən, eləcə də Şövkət Bəylərovaya məxsus mağazadan pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.