Xırdalan şəhərinin ərazisində yol-nəlqiyyat hadisəsi
01.11.2013Noyabrın 1-də saat 05.00 radələrində Xırdalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Zahidə Cəfərova vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Hadisənin Yasamal rayonu ərazisində yaşayan Quba rayon sakini Sərdar İsmayılova məxsus “VAZ-2107” markalı avtomaşınla törədilməsi müəyyən edilmişdir.
S.İsmayılov Yasamal RPİ-yə ərizə ilə müraciət edərək noyabr ayının 1-nə keçən gecə avtomaşınının evinin qarşısından qaçırılmasını və həmin gün saat 16.30 radələrində əzilmiş vəziyyətdə yenidən evinin qarşısına qaytarılmasını bildirmişdir.Abşeron RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.