Bakı şəhər sakini Səbuhi Məmmədova məxsus avtomaşını qaçırmış şəxslər tutulmuşlar
24.10.2013Bakı şəhər sakini Səbuhi Məmmədov Sabunçu RPİ 13-cü PB-yə ərizə ilə müraciət edərək oktyabrın 25-nə kecən gecə Bakıxanov qəsəbəsindən ona məxsus “VAZ-21015” markalı avtomaşının həmyerlisi Zakir Allahverdiyev tərəfindən qaçırılmasını bildirmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomaşın həmin gün Z.Allahverdiyev tərəfindən idarə edilərkən saxlanılmış, onun özü və sərnişinləri - Bakı şəhər sakinləri Tural Kəlbalılı və Asəf Kəlbalıyev Suraxanı RPİ PPX-nin əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə təhvil verilmişlər.
T.Kəlbalılının və A.Kəlbalıyevin izahatları alındıqdan sonra buraxılmışlar.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.