Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.10.2013Oktyabrın 25-də saat 06.30 radələrində Yevlax rayonu ərazisində Kürdəmir rayon sakini Əlizamin Novruzov idarə etdiyi “Nissan” markalı avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Samir Hacıbalayevə məxsus “Shacman” markalı avtomaşına vurmuşdur. Nəticədə Ə.Novruzovun sərnişinlərindən həmyerlisi Gülsurə Novruzova hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini, Şahbuz rayon sakini Tariyel Həsənov isə xəstəxanaya yerləşdirilmişlər.