Oğurluq etdiklərinə görə tutulmuş Sərvan Ələkbərovun və Seymur Rzaxanovun digər cinayət əməlləri müəyyən edilmişdir
24.10.2013Abşeron RPŞ əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Sərvan Ələkbərovun və Seymur Rzaxanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Bakı şəhər sakini Nurlan Qurbanovla birgə oktyabrın 23-nə keçən gecə Xızı rayonunun Ağdərə kəndində kənd sakinləri Ədilə Əzizovanın 1 baş, Tarix Hüseynovun isə 4 baş qoyununu oğurlamaları müəyyən edilmişdir.