Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.10.2013Oktyabrın 23-də saat 21.50 radələrində Xaçmaz rayonu ərazisində Qobustan rayon sakini Kərim Məmmədov “KamAZ-5310” markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Quba rayon sakini Murad Qafarovun idarə etdiyi “MTZ-80” markalı traktora vurmuş sonra isə həmin istiqamətdə hərəkət edən Ərəb kənd sakini Yaşar Kərimovun idarə etdiyi “Moskviç-412” markalı avtomaşını qeyd edilən traktora cırpmışdır.
Nəticədə Y.Kərimov və sərnişinlərindən həmyerlisi Əlislam Musayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişin Yaqub Quliyev isə xəstəxanaya yerləşdirilmişdir.