Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.10.2013Oktyabrın 23-də Yevlax rayonu ərazisində Bakı şəhər sakini Kənan Əmirovun idarə etdiyi “MAN” markalı və Yevlax rayon sakini Rasim Məmmədovun idarə etdiyi “VAZ-21112” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə R.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Yevlax rayon sakinləri Elnur Mustafayev və Müşfiq İsayev isə xəstəxanaya yerləşdirilmişdir.