Oğurluq etmiş Bakı şəhər sakini Fərhad Sultanov tutulmuşdur
22.10.2013Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 27-də İlhamə Həsənovanın evindən oğurluq etmiş Bakı şəhər sakini Fərhad Sultanov tutulmuşdur.
F.Sultanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Mehman Məlikovun evindən 150 manat və 1 ədəd mobil telefon, Elxan Səfərəliyevin evindən 3300 manat, Aygün Mərdanovanın evindən qızıl əşyaları və Yelena Peşakovanın evindən 1 ədəd noutbuk, 1 ədəd planşet və 1 ədəd qızıl boyunbağı oğurlaması müəyyən edilmişdir.