Zor tətbiq edərək pul mənimsəmiş Bakı şəhər sakinləri Yusif Həsənov və Xanlar Həsənov tutulmuşlar
02.10.2013Oktyabrın 3-də Binəqədi rayonu ərazisində 2 naməlum şəxs paytaxt sakini Kəmalə İsayevaya qarşı zor tətbiq edib içərisində 610 manat pul olan kisəsini ondan almışdır. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yusif Həsənov və Xanlar Həsənov tutulmuşlar.