Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi
02.10.2013Oktyabrın 2-də saat 22.30 radələrində Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Suraxanı qəsəbə sakini Səməndar Musayev vurulmuşdur. Nəticədə xəsarət almış S.Musayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.