Tovuz rayonu ərazisində 3 otaqlı evdə yanğın baş vermişdir
02.10.2013Cari il iyul ayının 7-də Tovuz rayonu Əliqəmərli kəndinin ərazisində Bakı şəhər sakini Tariyel Musayevə məxsus 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. T.Museyev evinin qəsdən yandırılması barədə FHN-nə ərizə ilə müraciət etmiş, ərizə oktyabrın 3-də araşdırılması üçün RPŞ-yə göndərilmişdir. Araşdırma aparılır.