Lənkəran rayonu Rvo kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
29.09.2013Sentyabrın 30-da saat 09.30 radələrində Lənkəran rayonu Rvo kəndinin ərazisində Lerik rayon sakinləri Zamiq Hüseynovun idarə etdiyi “KamAZ”, Sarvan Babayevin idarə etdiyi “UAZ-469” və Lənkəran rayon sakini Kamran Abdullayevin idarə etdiyi “VAZ-21013” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış K.Abdullayev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.