Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.09.2013Sentyabrın 29-da saat 22.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Şirəli Cəbiyev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.