Abşeron rayonu Çaylı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
29.09.2013Sentyabrın 30-da saat 05.10 radələrində Abşeron rayonu Çaylı kəndinin ərazisində Göyçay rayon sakini Anar Rəcəbovun idarə etdiyi “VAZ-21099” markalı və Abşeron rayon sakini Eldəniz Behbudovun idarə etdiyi “VAZ-2103” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Rəcəbovun sərnişinlərindən Göyçay rayon sakini Cahandar Məmmədov hadisə yerində, digər sərnişini, Rusiya Federasiyası vətəndaşı İradə Yaqubi xəstəxanada ölmüş, xəsarət almış E.Behbudov isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.