Quldurluq etmiş Bakı şəhər sakinləri Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulmuşlar
28.09.2013Sentyabrın 29-da Xırdalan şəhərindəki aptekə gəlmiş 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat pul aparmışlar.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törəmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulmuşlar.