Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
28.09.2013Sentyabrın 29-da saat 01.00 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Qasım Məsimov idarə etdiyi “Daevoo” markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış sürücü hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.