Siyəzən rayonu Yenikənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
28.09.2013Sentyabrın 29-da saat 14.30 radələrində Siyəzən rayonu Yenikənd kəndinin ərazisində Culfa rayon sakini Etiram Cəfərovun idarə etdiyi “Shacman” markalı və Siyəzən rayon sakini Sahib Orucovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Orucovun sərnişinlərindən həmyerliləri Xəyalə İsgəndərova, Elnur İsgəndərov və Elmar İsgəndərov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Eldəniz İsgəndərov isə xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.