Masallı rayon sakini Orxan Əlizadədən pnevmatik tapançaya aid 38 ədəd patron götürülmüşdür
11.09.2013Sentyabrın 12-də saat 06.00 radələrində Nəsimi rayonu Dəniz küçəsində 2 naməlum şəxs özlərini şübhəli apardıqlarına görə, həmin ərazidə xidmət aparan Nəsimi RPİ PPXB-nin əməkdaşları onlara yaxınlaşmışlar. Bu zaman həmin şəxslərdən biri pnevmatik tapançadan havaya 2 dəfə atəş açaraq hadisə yerindən qaçmışdır.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Orxan Əlizadə tutulmuş və ondan pnevmatik tapançaya aid 38 ədəd patron götürülmüşdür.
Digər şəxsin tutulması üçün tədbirlər görülür.Araşdırma aparılır.