Şəki rayonu 1-ci Biləcik kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2013Sentyabrın 12-də saat 22.00 radələrində Şəki rayonu 1-ci Biləcik kəndinin ərazisində Bakı şəhər sakini Aqil Əhməd idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən Aydın Hacıyevi vurmuşdur. Nəticədə A.Hacıyev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.