Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi
11.09.2013Sentyabrın 12-də saat 15.20 radələrində Biləcəri qəsəbəsində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Həbib Nuriyev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Elçin Mürsəlov sentyabrın 13-də saxlanılmışdır. Araşdırma aparılır.