Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayon sakini Orxan Əlizadədən pnevmatik tapançaya aid 38 ədəd patron götürülmüşdür

11.09.2013

Sentyabrın 12-də saat 06.00 radələrində Nəsimi rayonu Dəniz küçəsində 2 naməlum şəxs özlərini şübhəli apardıqlarına görə, həmin ərazidə xidmət aparan Nəsimi RPİ PPXB-nin əməkdaşları onlara yaxınlaşmışlar. Bu zaman həmin şəxslərdən biri pnevmatik tapançadan havaya 2 dəfə atəş açaraq hadisə yerindən qaçmışdır.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Orxan Əlizadə tutulmuş və ondan pnevmatik tapançaya aid 38 ədəd patron götürülmüşdür.

Digər şəxsin tutulması üçün tədbirlər görülür.  
Araşdırma aparılır.