Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.09.2013Sentyabrın 5-də saat 12.00 radələrində Siyəzən rayonu ərazisində Bakı şəhər sakini Elşən Quliyev idarə etdiyi “Mercedes-Benz 711 D” markalı yük avtomaşını ilə yolu keçən həmyerlisi Xəyal Gülməmmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.